Peskov: Hər şeyi etdik, amma bizimlə danışmaq istəmədilər
12.05.2022
Rusiya Ukraynada əməliyyat keçirməmək üçün hər şeyi etdi, amma bizimlə danışmaq istəmədilər.
"DM" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Xüsusi hərbi əməliyyat başlamazdan əvvəl Prezident Vladimir Putin və Rusiya tərəfi bu əməliyyatın baş tutmaması üçün addımlar atmışdı. Bizimlə danışmaq istəmədilər və bizi dinləmək istəmədilər. Son iki ayda dialoqun bərpası üçün də heç bir addım atılmayıb”, - Peskov bildirib.