Mşel: Finlandiyanın NATO üzvlüyü tarixi addımdır
12.05.2022
Finlandiyanın NATO üzvlüyünə ərizə verməsi tarixi addımdır.
Bunu Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.
"NATO və Avropa Birliyinin birliyi və həmrəyliyi heç vaxt bu qədər yaxın olmayıb. Finlandiya Prezidenti Sauli Niiniste və Baş nazir Sanna Marin Finlandiyanın NATO-ya daxil olmasına yol açırlar. Avropanın təhlükəsizliyinə böyük töhfə verəcək tarixi addımdır. Rusiya Ukraynada müharibə apardığı üçün bu, həm də güclü çəkindirici siqnaldır”, - Mişel bildirib.