21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rus təbliğat kanalında Rusiyanın uduzacağı mesajı verilib

12.05.2022

Ötən gün Rusiyalı hərbi ekspert Mixail Xodaryonok ölkənin dövlət televiziyasında Kreml təbliğatçılığı ilə məşğul olan "60 dəqiqə" verilişində Rusiya ordusunun Ukraynaya qarşı müharibə aparmaq üçün texniki imkanlarının çatmadığını, silahların köhnə və texnoloji baxımdan geri qaldığını, Ukrayna ordusunun isə NATO ölkələrinin ən müasir silahları ilə təhciz olunduğunu dilə gətirib. Bu, ilk deyil. Son günlər bu tipli açıqlamalar verən rus ekspertlərin sayı durmadan artır.

"DM" xəbər verir ki, bu fikirləri təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu səsləndirib.

"Bu, faktiki Rusiyanın məğlub olacağının və ya artıq məğlub olduğunun anonsudur. Amma ən maraqlısı budur ki, Xodaryonok həmin fikirləri dövlət kanalında Kreml təbliğatçısı Skabeyevanın verilişində səsləndirib.

Ölkədə media resurslarının küncə sıxıldığı bir vaxtda dövlət kanalında rəsmi siyasətin ana xəttinə diametral zidd olan belə fikirlərin səslənməsi xeyli suallar doğurur.

Belə çıxır ki, ya Kreml ekspertlərin dililə cəmiyyəti Ukraynaya qarşı təcavüzdən çəkinməyin qaçılmaz olacağına hazırlayır, ya da Putin artıq ölkəyə nəzarəti itirir. Hakimiyyətə iddialı olan hərbçilər isə müharibənin davamında maraqlı olmadıqlarının mesajını verirlər", - o qeyd edib.