Rusiya vətəndaşı olan qadın Qarabağda itkin düşüb
12.05.2022
Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisində Rusiya vətəndaşı olan qadın itkin düşüb.
"DM" xəbər verir ki, məlumatı Ermənistan mətbuatı yayıb.
Olqa Sannikova adlı Rusiya vətəndaşı Xankəndində yaşayır. O, mayın 9-da Qarqar çayının sahilində itkin düşüb.
Qadının axtarışları hələlik heç bir nəticə verməyib.