Milli Məclisin 64 yaşlı əməkdaşını avtomobil vurub
12.05.2022
Bakıda Milli Məclisin xanım əməkdaşını avtomobil vurub.
"DM" Bakupost.az-a istinadən xəbər verir ki, hadisə Milli Məclisin yaxınlığında - Mehdi Hüseyn küçəsində baş verib.
MM-in Təhlükəsizlik Komitəsinin əməkdaşı, 64 yaşlı Zərifə adlı xanım yolu keçərkən qəzaya düşüb.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin təfərrüatı üçün Mili Məclisin mətbuat xidmətinə göndərilən sorğuya cavab verilməyib.