21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Babacanyan: Biz təhrik edirik ki, Bakı zərbə endirsin

12.05.2022

Zənnimcə, çox təhlükəli proseslər gedir və onların bir neçə məqsədi var, ən təhlükəlisi isə Azərbaycan və Türkiyəni Ermənistana qarşı hərbi əməliyyatlara başlamasına birbaşa təhrik etməkdir.

"DM" xəbər verir ki, bu barədə Ermənistanın keçmiş deputatı Arman Babacanyan danışıb.

"Dözümsüzlüyün ritorikası, türklərə qarşı nifrət Ermənistan ərazisinə xəbərdarlıq zərbəsi endirmək üçün əsas səbəb ola bilər. Beləliklə beynəlxalq ictimaiyyət də Şuşa, Hadrut və digər əraziləri qaytarmaq niyyətində olduqlarını bəyan edən revanşistlərin Ermənistanda hakimiyyəti ələ almağa çalışdıqlarını görəcək", - o qeyd edib.

Babacanyanın sözlərinə görə, Haaqada nəzərdən keçirilən ermənilərin iddiası ləğv edilib:

"Siz başa düşürsünüz ki, Haaqada nəzərdən keçirilən nifrət və dözümsüzlükdən bəhs edən iddiamız İrəvanın mərkəzində "türk" sözündən mənfi konnotasiya ilə istifadə edilməsi ritorikası ilə aradan qaldırılıb! Rəqiblərimiz bundan çox gözəl yararlanacaqlar".