Dünyanın ən dəyərli şirkəti məlum olub
12.05.2022
Səudiyyə Ərəbistanının "Saudi Aramco” şirkəti dünyanın ən dəyərli şirkətidir.
Bu barədə "Blumberq” yazıb.
Məlumata görə, şirkətin səhmləri dünən 2.43 trilyon dollara çatıb. Əpl şirkətinin səhmləri isə ucuzlaşaraq 2.37 trilyon dollar olub.
Qeyd edək ki, Əpl şirkəti 2020-ci ildən bəri kapitallaşmaya görə, ilk sırada idi.