Obama bizim “ən yaxşı satıcımızdır”
17.09.2018
"Dövran Media” Zelv.ruya istinadən xəbər veriri ki, Amerika liderinin oğlu kiçik-Tramp bildirib ki, Birləşmiş Ştatların sabiq prezidenti Barak Obama Amerikanın "ən yaxşı satıcısı"olub.
Kiçik-Tramp Obamanın böyük siyasətə qayıtmasını şərh edərkən bildirib ki, keçmiş Ağ ev rəhbəri həm xarici siyasətdə, həm daxili siyasətdə uğursuzluqları yaxşı "sata" bilir. "Şübhəsiz ki, o,(Obama) bizim ən yaxşı satıcımızdır"- deyə, bildirib. Onun sözlərinə görə, düşüncəli insanlar bilirlər ki, ABŞ-ın əvvəlki prezidenti amerika iqtisadiyyatı və xarici siyasəti üçün yaxşı heç nə etməyib. "Obamanın bütün hərəkətləri Birləşmiş Ştatları riskə məruz etmiş və ölkəni zəiflətmişdir. O hər dəfə "qırmızı xətt" çəkdikdə, digər ölkələr onu rahat keçib-gedirdilər"- deyə, prezidentin oğlu Breitbart Newsa bildirib. "İzvestiya"nın qeyd etdiyinə görə, Amerika liderinin oğlu atası böyük-Trampa işarə ilə əlavəsində bildirib ki, dünya birliyi indi anlayir ki, ABŞ-da artıq ölkənin xarici siyasətinə və iqtisadiyyatına qayği göstərən biri var. "İndi şəhəri yeni şerifi var. Biz hər şeyi dəyişdik"- deyə, "Qazeta.ru” kiçik-Trampın sözlərini misal gətirir. Daha əvvəl konqresə seçkilər öncəsi Obama seçkiqabağı mübarizəyə qoşulub. İllinoys ştatının universitetində çıxışı zamanı o, ölkənin mövcud administrasiyasının siyasətini tənqid edib və qarşıdaki konqresə seçkilərdə respublikaçılara səs verməməyə çağırıb.