21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycanın Müdafiə Nazirliyi Paşinyanı ifşa etdi

17.09.2018

Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun bölmələri heç bir itki verməyib və cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir
"Mənim addımım” blokunun sentyabrın 16-da Yerevanda keçirilən seçkiqabağı təbliğatı zamanı çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyanın guya son üç gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən 3 Azərbaycan əsgərinin öldürülməsi barədə yalan məlumat verib. Buna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər ki, xaosun hökm sürdüyü Ermənistanda həmişə olduğu kimi, bu dəfə də ölkənin hərbi rəhbərliyi baş naziri aldadaraq ona yalan məlumatlar catdırır. Ermənistanın baş naziri isə bu yalanlardan yararlanaraq onları böyük həvəslə öz xalqına çatdırır və ictimaiyyətin diqqətini apardığı uğursuz siyasətindən yayındırmağa çalışır.
Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun bölmələri heç bir döyüş itkisi verməyib və cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir.