Baydenin arvadı Putinə müraciət edib
12.05.2022
ABŞ-ın birinci xanımı Cill Bayden Ukraynaya qarşı müharibəyə görə Rusiya Prezidenti Vladimir Putinə emosional müraciət edib.
"DM" xəbər verir ki, onun müraciəti CNN-də yayımlanıb.
Cill Slovakiya və Rumıniyada, eləcə də Ujqorodda ukraynalı qaçqınlarla ünsiyyət təəssüratlarını bölüşüb:
"Müharibənin getdiyi zonadan dəyişmədən çıxmaq mümkün deyil. Kədəri gözünlə görmək lazım deyil, çünki qəlbinlə hiss edirsən. Kədər elə bir şeydir ki, üzünü pərdə kimi örtür. Yelena Zelenskaya mənə qadınların və uşaqların zorlanmasından və insanların necə güllələndiyini və öldürüldüyünü, evlərinin necə yandırıldığını görən bir çox uşaq haqqında danışdı. Cənab Putin, xahiş edirəm, bu mənasız və qəddar müharibəni dayandırın", - o bildirib.