Şimali Koreyada fövqəladə vəziyyət elan edilib
12.05.2022
Şimali Koreyada cümə axşamı günü ilk dəfə olaraq koronavirusun Omikron ştammına yoluxma halı aşkarlanıb.
Bu barədə Cənubi Koreyanın "Yonxap" agentliyi məlumat yayıb.
Məlumata görə, Şimali Koreya rəhbərliyi ölkədə ilk yoluxma faktını təsdiqlədikdən sonra maksimum təcili virusa nəzarət sistemini işə salıb.
Şimali Koreya lideri Kim Çen İn milli fövqəladə vəziyyət elan edərək ictimaiyyətə gözlənilməz böhranı aradan qaldıracaqlarına söz verib.