21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Boris Conson: “Britaniya İsveçin köməyinə gələcək”

11.05.2022

Böyük Britaniya İsveçin NATO-ya gələcək üzvlüyü ilə bağlı istənilən qərarını dəstəkləyəcək.

Bunu Britaniyanın Baş naziri Boris Conson İsveçə səfəri çərçivəsində Baş nazir Maqdalena Anderssonla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

Baş nazir bildirib ki, İsveçlə təhlükəsizlik təminatı paktının ölkənin NATO ilə gələcək münasibətinə aidiyyəti yoxdur və bu, İsveçə aid məsələdir.

"İsveç hər hansı fəlakət və ya hücumla üzləşəcəyi təqdirdə, tələbindən asılı olaraq Böyük Britaniya həmin dəstəklə onun köməyinə gələcək. Düşünürəm ki, NATO ilə bağlı məsələ ayrıdır və məncə İsveç yaxın günlər ərzində bu məsələni də həll edəcək. Əlbəttə ki, bu barədə Britaniyanın İsveçin istənilən qərarını dəstəkləyəcəyinə və bacardığı qədər ona faydalı və dəstək olacağına əmin olduğumu söyləməkdən başqa şərh vermək mənə düşməz", - Britaniya Baş naziri bildirib.