NATO gəmiləri Suriya sahillərində
17.09.2018
İdlib problemi fonunda NATO ölkələrinin hərbi gəmiləri Suriya sahillərinə yaxınlaşıb.
"Dövran Media" "İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Suriyaya daha çox yaxınlaşan Kanada, Yunanıstan və Hollandiyanın hərbi gəmiləridir.
Məlumatda ABŞ gəmilərinin hələ ki, əvvəlki marşrut ilə hərəkət etdikləri bildirilir.
Qeyd edək ki, ABŞ-ın Suriya yaxınlığında keşik çəkən hərbi gəmilərində hazırda 204 qanadlı "Tomahawk” raketlərinin olduğu qeyd edilib.