Bu ölkə Rusiyadan 4 ədəd freqat alacaq
17.09.2018
Hindistan hökuməti Rusiyadan 4 yeni freqat alınması üçün bu ölkə ilə saziş imzalamağı düşünür. "Dövran Media"nın məlumatına görə, hökumətin bu barədə qərarı Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulub və artıq sazişin detalları üzərində iş aparılır.
Freqatların tədarükü ilə bağlı sazişin imzalanması isə oktyabrda Hindistanın Baş naziri Narendra Modi və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə sammitdə olacaq.
Sazişin ümumi dəyərinin 2,2 milyard dollar təşkil etdiyi bildirilir.