Bu ölkədə aksiya: 38 siyasətçinin evi yandırılıb
11.05.2022
Şri-Lankada etirazçılar 38 siyasətçinin evini yandırıblar.
Bu barədə Şri-Lanka polisi məlumat yayıb.
Məlumata görə, yandırılan evlərdən başqa, 75 evə ziyan dəyib.
Qeyd edək ki, 22 milyon əhalisi olan ölkə dağıdıcı iqtisadi böhranla mübarizə aparır, gündəlik malların qiymətləri kəskin şəkildə qalxır və həftələrdir ki, elektrik problemi yaşanır. Mart ayından bəri minlərlə insan hökumətin istefası tələbi ilə küçələrə çıxıb. Ölkənin Müdafiə Nazirliyi qoşunlara hökumət əmlakına zərər vuran və ya məmurlara hücum edən hər kəsi güllələməyi əmr edib. Etirazçıları dağıtmaq üçün hərbi qüvvələr şəhərə yerləşdirilib və video görüntülərdə polisin gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdiyi görünür. Ümumilikdə iğtişaşlar zamanı 200-dən çox insan xəsarət alıb.