21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

"Putin bu ölkəni müharibəyə cəlb edəcək"

11.05.2022

Rusiya Ukraynaya qarşı uzunmüddətli müharibəyə hazır deyil, ona görə də yəqin ki, müharibə daha bir neçə ay davam edəcək.

Bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

"Belə deyəcəyəm, bu, aylarla çəkəcək müharibədir, illərlə deyil. Niyə? Çünki birincisi, Rusiya nə qədər ləngisə də, uzunmüddətli müharibəyə hazırlaşmayıb. Onun iqtisadiyyatı hazırda sanksiyalara görə durğunluq içindədir. Uzun sürən müharibə ssenarisi üçün Kreml bir il əvvəl ölkə iqtisadiyyatını hərbi rels üzərinə keçirməli idi. Eyni zamanda, Vladimir Putin Belarusu Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün Aleksandr Lukaşenkoya təzyiq göstərəcək. Putinin yaxın vaxtlarda Lukaşenko ilə görüşəcəyi gözlənilir, bundan sonra Lutsk-Lvov istiqamətində raket hücumları başlaya bilər”, - Jdanov bildirib.