Ermənistandakı rus ordusuna HƏYƏCAN VERİLDİ
17.09.2018
Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasının şəxsi heyətinə döyüş hazırlıq səviyyəsinin yoxlanılması üçün həyəcan siqnalı verilib.
"Dövran Media" xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev danışıb. Həyəcan siqnalı barədə əmri Cənub Hərbi Dairəsinin komandanı general-polkovnik Aleksandr Dvornikov verib.
"Cənub Hərbi Dairəsi Qərargahının İnteqrasiya komissiyası kəşfiyyat-zərbə fəaliyyəti, həmçinin mobil nəzarət məntəqələrinin təhlükəsizliyinin və kamuflyajının təmin olunması tapşırıqlarının icrası məsələlərini qiymətləndirəcək”, - Astafyev bildirib.