Fərhad Əhmədovun 400 milyonluq yaxtasına həbs qoyulub
11.05.2022
Rusiyada yaşayan Azərbaycan əsilli milyarder Fərhad Əhmədova məxsus "Luna” yaxtası Almaniyanın Hamburq limanında saxlanılıb.
Bu barədə "Süddeutsche Zeitung” qəzeti məlumat yayıb.
Bildirilib ki, həmin yaxtaya Avropa İttifaqının sanksiyaları çərçivəsində həbs qoyulub.
Təxminən 400 milyon avro dəyərində olan "Luna” dünyanın ikinci ən böyük ekspedisiya yaxtasıdır.
Gəmi hələ də Hamburq limanındadır.