Rusiya Ordusu Luqanskda internat məktəbini atəşə tutub - FOTO
11.05.2022
Rusiya Silahlı Qüvvələri Qorskidəki regional internat məktəbini atəşə tutub.
Bu barədə Luqansk vilayətinin rəhbəri Sergey Qayday xəbər verib.
"Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı rayon məktəbinin binasında partlayış baş verib. Müəssisə müasir şəkildə təmir olunmuş və yeni avadanlıqla təchiz edilmişdi. Xoşbəxtlikdən uşaqlar əvvəlcədən təxliyə edilib”, - deyə o bildirib.
Vilayət rəhbərinin məlumatına görə, həmçinin Vrubovka, Rubejnoye, Lisiçansk, Severodonetsk şəhərlərində çoxmərtəbəli yaşayış binaları, hotel və mədəniyyət evi atəşə tutulub.