Ferrari:Ukraynada sülhə NATO mane olur
10.05.2022
NATO Ukrayna böhranının sülh yolu ilə həlli perspektivlərini xeyli çətinləşdirir.
Bu fikirləri italiyalı politoloq Aldo Ferrari paylaşıb.
"Bir tərəfdən son onilliklər ərzində NATO-nun şərqə doğru genişlənməsi Rusiya ilə Qərb arasında münasibətlərin pisləşməsini qətiyyətlə müəyyən etdi, digər tərəfdən, ittifaqın həm siyasi, həm də hərbi çəkisi artdı. Hazırkı böhran Ukraynadakı münaqişənin sülh yolu ilə həlli perspektivlərini xeyli çətinləşdirir”, - politoloq bildirib.
Ekspert əlavə edib ki, o, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyat keçirməsi ilə razılaşmır:
"Hesab edirəm ki, nizamlanma üçün balanslı və uzaqgörən diplomatik yolun təşviqində NATO-nun mənfi rolu dəqiq vurğulanmalıdır”