Prezident Ofisi: "Ukrayna müdafiə qüvvələri 1003 yaşayış məntəqəsini azad ediblər"
10.05.2022
"Müharibə başlayandan bəri Ukrayna müdafiə qüvvələri 1003 yaşayış məntəqəsini azad ediblər”.
"DM” "Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirilo Timoşenko deyib.
"Həmin ərazilərin 70 faizində yerli hakimiyyət orqanlarının işi bərpa olunub. Polis isə işğaldan azad edilmiş 600-ə yaxın yaşayış məntəqəsində işini bərpa edib. Artıq 224 yaşayış məntəqəsi minalardan təmizlənməyə başlayıb”, - o söyləyib.
Timoşenko məlumat verib ki, 650 yaşayış məntəqəsində qaz, işğaldan azad edilmiş şəhər və kəndlərin 83 faizində elektrik enerjisi, 60 faizində su təchizatı və kanalizasiya, 49 faizində yanacaqdoldurma məntəqələri, mobil rabitə və internet xidmətləri də bərpa edilib. 720 yaşayış məntəqəsində internet bərpa edilib.