NATO qorxusu: Belarus ordusunu hazırlayır
10.05.2022
Belarusda qoşunların qəfil yoxlanmasının ikinci mərhələsi başlayıb.
"DM" xəbər verir ki, reaksiya qüvvələrinin sınaqlarının ikinci mərhələsinin başlandığını Belarus müdafiə naziri Viktor Xrenin elan edib.
"Bütün bunlar mayın 1-dən NATO ölkələrinin ərazisində "Avropanın müdafiəçisi” adı altında keçirilən təlimlərə adekvat cavab verilməsi çərçivəsindədir. Onların hər bir hərəkətini görürük. Görürük ki, hansı batalyon taktiki qrupları iştirak edir, hansı poliqonlarda, hansı məsələləri həll etməyə hazırlaşırlar. Buna uyğun olaraq, onlardan gələ biləcək müəyyən təhdidlər də daxil olmaqla, biz adekvat cavab verir, bu ərazilərə müvafiq qoşunları çıxarırıq”, - Xrenin bildirib.