Qazaxıstan prezidenti Türkiyəyə gedib
10.05.2022
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Ankaraya gedib.
Bu barədə Qazaxıstan Prezidentin Teleqram səhifəsində məlumat verilib.
Ankaraya ikigünlük səfəri çərçivəsində o, Türkiyə Prezidenti ilə ikitərəfli və geniş tərkibli görüşlər keçirəcək, Qazaxıstan-Türkiyə biznes forumunda iştirak edəcək və Türkiyə iş adamları ilə görüşəcək.
Bildirilib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə baş tutub.