Saakaşvili özəl klinikaya köçürülür
10.05.2022
Həbsdə olan keçmiş prezident Mixail Saakaşviliyə müayinə və əlavə müalicə üçün Tiflisdəki özəl klinikaya köçürülməsi təklif olunacaq.
Bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.
"Mümkün fəsadların qarşısını almaq üçün Mixail Saakaşviliyə onu Vivamedi klinikasına aparmaq təklif olunacaq, orada müayinə və lazım gələrsə, müalicə olunacaq”, - nazir bildirib.
Qeyd edək ki, bundan əvvəl Gürcüstanın xalq müdafiəçisi yanında həkimlər şurasının üzvləri etiraz əlaməti olaraq iki dəfə aclıq aksiyası keçirən Saakaşvilinin vəziyyətinin pisləşdiyini, Penitensiar Xidmətin ona lazımi tibbi yardım göstərə bilmədiyini bildiriblər. Siyasətçinin ailə üzvləri isə Saakaşvilinin müalicə üçün xaricdəki klinikaya köçürülməsini tələb ediblər.