Bakıda olan ukraynalı qaçqınlarla bağlı qərar
10.05.2022
Azərbaycandakı ukraynalı miqrantların qalma müddəti bitəndən sonra da ölkədə saxlanılması üçün lazımi tədbirlər görüləcək.
"DM" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
O bildirib ki, həmin şəxslərin ölkədə qalma müddəti mayın 24-də başa çatır:
"Fevralın 24-dən hesablasaq, Azərbaycanda olan ukraynalı miqrantların ölkədə qalma müddəti bu il mayın 24-də başa çatır. Amma həmin müddətdən sonra da onların ölkədə qalmasına şərait yaradılacaq. Bununla bağlı lazımi tədbirlər görüləcək”.