Azərbaycanda son sutkada COVID-19-a yoluxma sayı
09.05.2022
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 632 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 864 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 59 nəfərdir.
Ölkədə son sutka ərzində 1 752, hazırkı dövrədək isə 6 836 568 test aparılıb.