“NATO bizi eşitmək istəmədi, başqa planları var idi”
09.05.2022
NATO ölkələri bizi eşitmək istəmədi. Onların tamamilə başqa planları var idi. Krıma hücum hazırlığı gedirdi.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Qızıl Meydanda faşizm üzərində qələbənin 77-ci ildönümünə həsr olunan paradda bildirib.
"NATO bizə bitişik əraziləri hərbi cəhətdən mənimsəməyə başladı. Bu, sərhədlərimizdə neonasistlərlə toqquşmanın qaçılmaz olacağını deyirdi”, - Putin vurğulayıb.