Mişel: Rusiya cavab verəcək!
09.05.2022
Rusiya tərəfindən Ukraynanın Luqansk vilayətində məktəbə edilən hücumu şiddətlə qınayırıq.
"DM" xəbər verir ki, bunu Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel G7 ölkələri liderlərinin iclasından sonra sosial şəbəkə hesabında bildirib.
"İclasda Rusiyanın Ukraynaya hücumuna veriləcək cavabları koordinasiya etdik. Luqansk vilayətindəki məktəbə edilən hücum başda olmaqla, ümumiyyətlə törətdiyi qəddarlığa görə Rusiya hakimiyyəti cavab verəcək”, - Ş Mişel deyib.
AB rəsmisi eyni zamanda, Ukraynaya daha çox dəstək verəcəklərini, ölkənin yenidən qurulması üçün gündəmə gətirilən "Marşal planı”nın zəruri olduğunu bildirib.