Zelenski “Ukrayna qanunvericiliyinin sovetsizləşdirilməsi haqqında” qanunu imzalayıb
06.05.2022
Ukrayna Prezidenti Volodimir Zelenski "Ukrayna qanunvericiliyinin sovetsizləşdirilməsi haqqında” qanunu imzalayıb.
Bu barədə Ali Radanın spikeri Ruslan Stefançuk bildirib.
Parlamentin sədri vurğulayıb ki, artıq Ukrayna qanunvericiliyində "Böyük Oktyabr Sosialist İnqilabının qələbələri”ndən bəhs edilmir və Kommunist Partiyasının hazırladığı proqramlara istinad edilmir.
"SSRİ və Ukrayna SSR dövlət hakimiyyəti və idarəetmə orqanlarının 1200-ə yaxın aktı təmizlənir”, – deyə o əlavə edib.
Ukrayna hökumətinə həmçinin yeni Əmək, Mənzil və İnzibati Xətalar məcəllələrinin hazırlanması tapşırılıb.
Qeyd edək ki, Rada "Ukrayna qanunvericiliyinin sovetsizləşdirilməsi haqqında” qanun layihəsini aprelin 21-də qəbul edib.
Mənbə: TASS