“DXR” Rusiyaya səfir təyin edib
06.05.2022
Qondarma "donetsk xalq respublikası” başçısı Denis Puşilin Olqa Makeyevanın Rusiyaya səfir təyin edilməsi haqqında sərəncam imzalayıb.
"DM" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edək ki, Makeyeva qondarma "DXR”in "baş naziri”nin müavini vəzifəsində idi.