Ruslar təxliyə avtomobilini vurub: ölü və yaralılar var
06.05.2022
"Azovstal” ərazisindən mülki vətəndaşları çıxarmaq istəyən avtomobil rus hərbçiləri tərəfindən vurulub.
"DM" xəbər verir ki, bu barədə "Azov” alayı Teleqram kanalında məlumat paylaşıb.
"Avtomobil vətəndaşları zavodun ərazisindəm çıxarmaq üçün hərəkət edirdi. Avtomobilin atəşə tutulması nəticəsində "Azov” alayının 1 döyüşçüsü həlak olub, 6 nəfər isə yaralanıb”, - məlumatda qeyd olunub.