Rus səfir inciyib: Bizi tədbirə dəvət etməyiblər
06.05.2022
Rusiya Fransada İkinci Dünya müharibəsinin başa çatması ilə bağlı hər il keçirilən ənənəvi bayram tədbirinə dəvət edilməyib.
"DM" xəbər verir ki, bunu Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov bildirib.
"8 mayda Fransada ənənəvi olaraq İkinci Dünya müharibəsində Qələbəyə həsr olunmuş bayram tədbirləri keçiriləcək. Faşizm üzərində qələbəyə həlledici töhfə vermiş ölkələr hər il bu tədbirə dəvət edilirdi. Ancaq bu il Rusiyanı sözügedən tədbirə dəvət etməyiblər. Halbuki oraya faşist Almaniyasının tərəfində vuruşan ölkələrin səfirləri dəvət olunub. Bu müharibədə həqiqətən kimin qalib gəldiyini xatırlamaq vacibdir”, - Meşkov qeyd edib.