ÇİN: NATO-nun bu hücumunu heç vaxt unutmayacağıq
06.05.2022
NATO-nun Yuqoslaviyadakı səfirliyimizi bombalamasını heç vaxt unutmayacağıq.
Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Nə Çin xalqı, nə serb vətəndaşları, nə də beynəlxalq ictimaiyyət NATO-nun barbar hücum aktını unudacaq”, - məlumatda bildirilir.
Qeyd edək ki, 1999-cu ilin mayın 7-də NATO qüvvələrinin keçmiş Yuqoslaviyanı bombalaması nəticəsində Çinin Belqraddakı səfirliyinin binası yüksək dəqiqlikli bomba ilə darmadağın edilmişdi.