"Mariupolda parad keçirilməyəcək"
06.05.2022
Bu il mayın 9-da Qələbə paradı Mariupolda keçirilə bilməz, lakin vaxt gələcək və orda böyük bayram olacaq.
"DM" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Mariupolda Qələbə paradının keçirilməsi ehtimalını şərh edərkən deyib.
"Əlbəttə ki, orada ruslar olacaq. Mayın 9-da isə rusların sayı daha çox olacaq. Amma Mariupola hansısa rəsmi nümayəndə heyətinin gedəcəyindən xəbərim yoxdur. Artıq deyilib ki, bu il təbii ki, məlum səbəblərə görə orda parad mümkün deyil. Amma vaxt gələcək və orda böyük bayram olacaq”, - Peskov bildirib.
Peskov həmçinin qeyd edib ki, hərbçilər tərəfindən paradın keçirilməsinə dair hər hansı planın olub-olmadığını deyə bilməz:
"Həmkarım Sergey Kiriyenko orada idi və o, bu suallara cavab verib”.
Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko bildirmişdi ki, bu Qələbə günündə Donetsk və Luqanskda Qələbə paradı və "Ölməz alay”ın yürüşü hələlik keçirilə bilməz, lakin bu vaxt tezliklə gələcək