Lukaşenko separatçıları tanımağa hazırlaşır
06.05.2022
Belarus Prezidenti Aleksandr Lukaşenko qondarma "dxr” və "lxr”ə nümayəndə heyəti göndərmək niyyətindədir.
"DM" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, səfər zamanı Belarus nümayəndə heyəti qondarma qurumları rəsmi olaraq tanımağa hazırlaşır.
Artq separatçı liderlər Belarusla iqtisadi və humanitar əməkdaşlıq barədə sənədlər hazırlayıblar. Daha sonra nümayəndə heyətinin Mariupolda işğalçıların keçirəcəyi parada qatılacaqları da bildirilib.