21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ermənistanın keçmiş polis rəisi etiraz aksiyasında saxlanılıb

06.05.2022

Ermənistanda keçirilən etiraz aksiyası zaman ölkənin keçmiş polis rəisi (daxili işlər naziri) Valeri Osipyan saxlanılıb.

"DM" xəbər verir ki, məlumatı Ermənistan KİV yayıb.

Bildirilib ki, 2018-ci ildə indiki baş nazir Nikol Paşinyanın tərəfdarları etiraz aksiyası keçirən zaman Valeri Osipyan müxalifətlə iqtidar arasında danışıqların başlıca vasitəçilərindən sayılırdı.

Paşinyan hakimiyyətə gəldikdən sonra 2018-ci ilin mayında onu Ermənistanın polis rəisi vəzifəsinə təyin etdi. O, 2019-cu ilin sentyabrında bu vəzifədən azad olunub. Osipyan 2012-ci il oktyabrın 1-dən 2018-ci il mayın 10-dək İrəvan şəhər polis rəisinin müavini vəzifəsində işləyib.

Qeyd edək ki, bir neçə gündür keçmiş iqtidar komandasından formalaşan müxalifət Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edir.