KİV: "Qara dənizdə Rusiyanın daha bir gəmisi vurulub"
06.05.2022
Qara dənizdə, İlan adası yaxınlığında Rusiyanın "Burvestnik” tipli döyüş gəmisində (freqat) partlayışdan sonra yanğın olub.
"DM” xəbər verir ki, məlumatı "Dumskoy” portalı yayıb.
Məlumata görə, ərazidə Rusiya Qara Dəniz Donanmasına məxsus 3 freqat tipli gəmi olub. Onların hansının zədələndiyi hələ ki dəqiqləşdirilir.
Xalq deputatı Aleksey Qonçarenko isə Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə Rusiyaya məxsus "Admiral Makarov” döyüş gəmisini vurduğuna dair məlumat paylaşıb.
Gəminin Ukrayna istehsalı olan "Neptun" gəmi əleyhinə qanadlı raketi ilə vurulduğu iddia edilir.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı da Rusiya hərbçilərinin itkisi ilə bağlı mayın 6-da yaydığı məlumatda məhv edilən gəmilərin sayının 11-ə çatdığını açıqlayıb.