Yermak: Bu ölkələr Ukraynaya qarant olmağa hazırdır
06.05.2022
Kiyev Ukraynanın təhlükəsizliyinə təminat vermək üçün müxtəlif ölkələrlə danışıqlar aparır, lakin detallar hələlik açıqlanmayıb.
Bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.
"Bir çox strateji tərəfdaşlar artıq qarant olmağa hazır olduqlarını bəyan ediblər. Bunlar ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Polşa, İtaliya və başqalarıdır. Ona görə də yekun siyahı kifayət qədər geniş olacaq. Hər bir ölkə ayrıca diqqətə, ayrıca müzakirəyə layiqdir, ona görə də belə məsləhətləşmələr hər gün aparılır”, - Yermak bildirib.
Onun sözlərinə görə, Ukrayna tərəfi qarant ölkələr sırasında Hindistan və Çini də görmək istəyir.