Zelenski ilə Almaniya Prezidenti anlaşılmazlığı aradan qaldırıb
05.05.2022
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Ukrayna lideri Vladimir Zelenski arasında telefon danışığı olub.
"DM" TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün Almaniya Prezident Administrasiyası məlumat yayıb.
Hər iki lider arasında keçmişdə yaşanan anlaşılmazlıq aradan qaldırılıb. Onlar yaxın təmasda qalmaqla bağlı razılaşıblar.
Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri Kiyevdə qəbul etməkdən imtina edib. Zelenski bu addımını Ştaynmayerin Rusiyanın hakim dairələri ilə sıx əlaqədə olması ilə əsaslandırıb.