Bakı-Minsk aviareysində azərbaycanlı həyatını itirib
05.05.2022
Bu gün Bakı-Minsk reysi ilə uçan sərnişinlərdən birinin - 1958-ci il təvəlüdlü azərbaycanlının (adı açıqlanmır) halı pisləşib və, o, 2 saatlıq uçuşdan sonra huşunu itirib.
"DM" xəbər verir ki, bu barədə Belarusun "Belavia" aviaşirkətindən məlumat verilib.
Bildirilir ki, sərnişin təyyarənin göyərtəsinə yüngül xəstə kimi çatdırılıb.
"Stüardessalar təyyarədə həkim axtarışı ilə bağlı xəbər veriblər. Sərnişinin özünə gəlməsi üçün oksigen və ammonyak verilib. Təlimatlara uyğun hərəkət edən ekipaj təyyarədə fövqəladə vəziyyət yaranması ilə bağlı Samarada təcili eniş edib. Həkimlər gələnə qədər sərnişini stüardessalardan biri müşayiət edib və ona tibbi yardım göstərilib", - aviaşirkətdən bildirilib.
Məlumata görə, Kurumoç Hava Limanına endikdən sonra həkimlər qrupu sərnişinin öldüyünü elan edib:
"Ölümün səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası aparılacaq".
Aviaşirkət mərhumun ailələrinə və yaxınlarına başsağlığı verir.