Qabil Hüseynli: 3-cü dozadan sonra ağırlaşdım
05.05.2022
Hazırda səhhətim yaxşıdır. Heç bir problem yoxdur.
Bunu tanınmış politoloq Qabil Hüseynli səhhəti ilə bağlı az öncə yayılan məlumata münasibət bildirərkən deyib.
"Fevral ayının 24-də 1 saylı poliklinikada üçüncü doza vaksini vurdurdum. İki gün sonra təngnəfəslikdən əziyyət çəkməyə başladım. Müalicə aldıqdan sonra səhhətim tamamilə yaxşılaşdı”, - Q.Hüseynli bildirib.
Qeyd edək ki, astroloq Səbuhi Rəhimli öz Feysbuk səhifəsində Qabil Hüseynli ilə bağlı məlumat yayaraq, politoloqun səhhətinin 3-cü doza vaksindən sonra pisləşdiyini bildirmişdi.