Almaniya əks-kəşfiyyatını GÜCLƏNDİRİR
15.09.2018
Əks-kəşfiyyat funksiyasını icra edən Almaniya Konstitusiyasının Mühafizəsi İdarəsi (BfV) 2021-ci ilə qədər öz əməkdaşlarının sayını 3100-dən 6 minə qədər artıracaq.
"Dövran Media" "Şpiqel” jurnalına istinadən xəbər verir ki, əks-kəşfiyyat idarəsinin ştatının genişləndirilməsi ideyası BfV-nin hazırkı rəhbəri Hans Georq Masenə məxsusdur. Belə ki, Masen BfV-nin əməkdaşlarının sayını artırmaqla təşkilatda mövcud olan iki departamenti daha kiçik bölmələrə parçalamaq niyyətindədir. Bununla da əks-kəşfiyyatın keyfiyyətinin artırılması nəzərdə tutulur.
Qeyd edək ki, BfV-də iki böyük departament var. Bunlardan biri dövlət sirri və Konstitusiyanın mühafizəsi və əks-kəşfiyyata, digəri isə terrorizmlə, islamizmə mübarizəyə cavabdehdir.