Zelenski : "Rusiya bunun bədəlini ödəyəcək”
05.05.2022
Ukraynanın tanınmış televiziya müxbiri Aleksandr Maxov Xarkovda ruslar tərəfindən öldürülüb.
"DM2 xəbər verir ki, bunu səhər yaydığı videoda Vladimir Zelenski açıqlayıb.
"O, vətənpərvər, səmimi, təkəbbürdən uzaq və ən cəsurlar arasında birinci idi. Rusiya bunun bədəlini ödəyəcək”, - Zelenski qeyd edib.
Qeyd edək ki, 36 yaşlı Maxov Rusiya-Ukrayna müharibəsində öldürülən 8-ci jurnalistdir.