ABŞ bu ölkəyə Rusiyaya qarşı “zəmanət” verib
05.05.2022
İsveç NATO-ya üzvlük müraciətinə baxılacağı müddət ərzində ABŞ-ın onu dəstəkləyəcəyinə dair təminat alıb.
"DM" xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Ann Linde deyib.
"İndi bizim Amerikadan aldığımız zəmanətlər var. Lakin bunlar yalnız NATO-nun tamhüquqlu üzvü olduğumuz halda əldə edə biləcəyimiz xüsusi təhlükəsizlik zəmanətləri deyil. Bunu deyə bilərəm ki, Rusiya İsveçə qarşı təhlükəli bir addım atarsa, o zaman ABŞ buna cavabsız qalmayacaq”, - o əlavə edib.