Prezidentlər Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi
15.09.2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
"Dövran Media" xəbər verir ki, dövlət başçıları Ulu Öndərin məzarı önünə əklillər qoyublar.
Daha sonra dövlət başçıları Şəhidlər xiyabanını ziyarət edib.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış "Əbədi məşəl” abidəsinin önünə əklillər qoyub.
Sonra Azərbaycan və Türkiyə prezidentləri Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklillər qoyub.
Dövlət başçıları Xatirə kitabına ürək sözlərini yazıb.