Danilov:Rusiya ilə sülh olmayacaq
03.05.2022
Rusiya ilə heç bir sülh müqaviləsi ola bilməz - yalnız Rusiya Federasiyasının kapitulyasiyası mümkündür.
"DM" xəbər verir ki, bu açıqlama ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov çıxış edib.
Onun sözlərinə görə, müharibə tez bitməyəcək və dönüş nöqtəsi hələ baş verməyib, lakin Ukraynaya yardımın həcmini nəzərə alsaq, bu, mütləq baş verəcək:
"Rusiya ilə biz ancaq onun təslim olmasına imza ata bilərik. Bunu nə qədər tez etsələr, ölkələrinə bir o qədər çox fayda verəcəklər”.
Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski də Rusiya ilə sülh danışıqlarının dayandırılması risklərinin çox yüksək olduğunu bildirib.