ABŞ səfirliyi Azərbaycan xalqını təbrik edib
02.05.2022
ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.
Təbrik mətni diplomatik nümayəndəliyin "Twitter” səhifəsində paylaşılıb.
"Amerika Birləşmiş Ştatları bütün azərbaycanlıları və dünyada Ramazan bayramını qeyd edən hər kəsi müqəddəs Ramazan ayının bitməsi münasibəti ilə səmimi təbrik edir. Ramazan mayramınız mübarək!” - paylaşımda qeyd olunub.