Moskva Mettisi nüvə zərbəsi ilə HƏDƏLƏDİ
15.09.2018
ABŞ Prezidenti Donald Trampın prezidentliyinin ilk aylarında Rusiya ABŞ Müdafiə naziri Ceyms Mettisi lazım olacağı təqdirdə Avropada nüvə silahından istifadə edəcəyinə dair xəbərdar edib.
"Dövran Media" xəbər verir ki, bu məlumat məşhur amerikalı jurnalist Bob Vudvordun "Qorxu. Tramp Ağ Evdə” kitabında yer alıb. Məhz bu xəbərdarlıqdan sonra Mettis Rusiyaya qarşı fikrini dəyişib və onu ABŞ-a əsas təhdidlərdən biri kimi qəbul etməyə başlayıb.
Rusiya bu xəbərdarlığı Baltikyanıda başlaya biləcək potensial konfliktin müzakirəsi zamanı edib.
Qeyd edək ki, Vudvordun kitabı ABŞ-da kifayət qədər marağa səbəb olub. Bundan öncə kitabdan daha bir maraqlı məqam yayımlanmışdı. Belə ki, Vudvord məhz Mettisin zorla Trampı NATO-nun mövcudluğunun əhəmiyyətinə inandıra bildiyini iddia etmişdi.