"Yaxın günlər Donbasda həlledici olacaq"
01.05.2022
Yaxın günlər rus qoşunlarının Ukraynanın şərqindəki hücum əməliyyatında həlledici olacaq.
Bunu ukraynalı deputat Fyodr Venislavski deyib.
Bu strateji hücum əməliyyatının dönüş nöqtəsindəyik. Düşmənin heç bir strateji uğuru yoxdur. Mövqelərimiz istiqamətində bir neçə kilometrlik taktiki irəliləyişlər var, lakin bu ona heç bir üstünlük vermir. Ona görə də düşünürəm ki, qarşıdakı günlər həqiqətən həlledici olacaq. Qələbə Gününə qədər Putin şərqdə və cənubda ən azı bir uğur, müəyyən nailiyyətlər nümayiş etdirməlidir”, - Venislavski bildirib.