21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Almaniya qaz ödənişini rublla etməkdən imtina edib

01.05.2022

Almaniya maliyyə naziri Kristian Lindnerin şənbə günü, 30 aprel tarixində verdiyi bəyanata görə, ölkə Moskvanın tələblərinə əməl etmək niyyətində deyil və Rusiyadan qaz tədarükü üçün ödənişi rublla etməyəcək.

"Gələcəkdə də qaz üçün ödənişi rublla etməyəcəyik” – deyə nazir qeyd edib.

O, həmçinin vurğulayıb ki, Almaniya hakimiyyəti "Rusiyadan asılılıqdan mümkün qədər tez xilas olmaq üçün (enerji təchizatı məsələlərində)” bütün tədbirləri görür.

Kristian Lindner Berlinin daha öncələr də rublla ödəniş etmək istəməməsi barədə fikir bildirib və qeyd edib ki, "müqavilə müqavilədir. Müqavilələr dollar və evroya əsaslanıb və bu səbəbdən də şirkətlər dollar və ya evro ilə ödəniş etməlidirlər”.

Mənbə: Rambler.ru